
MİRZƏAĞA QAFAROV
Monumental duyumlu rəssam Mirzəağa Qafarov
Azərbaycanın müasir monumental-dekorativ sənətinin inkişafını istedadlı rəssam Mirzəağa Qafarov Nəcəfəli oğlunun yaradıcılığı olmadan tam təsəvvür etmək mümkün deyil.
Mirzəağa Qafarov geniş diapazonlu rəssamdır, o, dekorativ sənətlə yanaşı, keramika, ovçuluq, monumental və dəzgah rəngkarlığı sahəsində də uğurla fəaliyyət göstərir. Rəssamın müraciət etdiyi sənət növlərinin və janrlarının müxtəlifliyinə baxmayaraq, muralistin istedadı bütün yaradıcılığında qırmızı sap kimi keçir.
Rəssamın Qalereyası

Abşeron qadınları

Həyat

Əncir ağacının altında qız

Bəy və gəlin

Xocalı

Dədə Qorqud
“Xocalı – tarixi ədalət”
Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Xocalı faciəsinin iyirmi doqquzuncu ildönümünə həsr olunmuş “Xocalı – tarixi ədalət” adlı virtual sərgi açılıb.
Sərgidə nümayiş olunan əsərlərdə 1992-ci ilin 26 fevralında erməni silahlı qüvvələri tərəfindən Xocalıda mülki insanlara qarşı həyata keçirilmiş kütləvi qətliamla bərabər, zaman-zaman xalqımızın başına gətirilən digər faciələr də təsvir edilib. Eyni zamanda Xocalının müdafiəsi zamanı qeyri-bərabər şərtlərdə düşmənə qarşı dinc əhalinin göstərdiyi mərdlik, əsgərlərimizin şücaəti, xalqımızın ərazi bütövlüyünün qorunması yolunda göstərdiyi mübarizə əzmi rəsmlərdə əksini tapıb.
Mirzəağa Qafarovun 90 yaşına
Ziyadxan Əliyev
(Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru)
Azərbaycan monumental sənəti çox qədim və zəngin tarixə malikdir.
Qobustan qaya rəsmləri, Bakı, Şəki, Şuşa və digər şəhərlərin memarlıq abidələrinin daxili divarlarını bəzəyən süjetli və nəbati naxışlardan ibarət divar rəsmlərinin bizim günlərə gəlib çatmış nümunələri Usta Qənbər Qarabaği, Mirzə Qədim İrəvani, Mir Möhsün Nəvvab, Əliqulu və başqalarının yüksək sənətkarlığından, monumental duyumundan xəbər verir. Yaxşı haldır ki, Azərbaycan incəsənətinin sonrakı inkişaf mərhələlərində də bu əski ənənə davam etdirilmiş, XX-XXI əsrlərdə isə forma-biçim və məzmun baxımından xüsusilə rəngarəng tutum almışdır. Onun ötən əsrin altmışıncı illərindən yeniləşməyə başlayan “estetik xəritəsi”nə duyulası özünəməxsusluq bəxş edən sənətkarlardan biri də tanınmış fırça ustası Mirzəağa Qafarov (1927) olmuşdur.
Tanışlıq üçün deyək ki, o, xüsusi ixtisas təhsilini əvvəlcə Bakıdakı məşhur “Əzimzadə məktəbi”ndə (1945-1950), sonra isə Sankt-Peterburqdakı V. Muxina adına Ali sənaye-rəssamlıq məktəbində (1952-1958) almışdır. Elə təhsil sonu bədii tərtibat sahəsində topladığı bilik və vərdişlərin ifadəsi olan diplom işində özünün monumental duyumunun fərdiliyini sərgiləyən Mirzəağa Qafarov, davamlı yaradıcılığı boyu həmin ilkin müsbət məziyyəti bu günə kimi qoruyub saxlaya bilmişdir. Onun monumental sənəti və dəzgah rəssamlığını əhatə edən yarım əsrlik yaradıcılıq yolu çox maraqlı axtarışlarla zəngin olmuşdur, desək, yanılmarıq. Bugünlərdə anadan olmasının 90 illiyini qeyd edən rəssam üçün ən yadda qalanyaradıcılıq nailiyyəti yəqin ki, bu vaxta qədər ərsəyə gətirdiyi divar rəsmlərinin, mozaik pannoların, keramik kompozisiyaların və dəzgah rəngkarlığı nümunələrinin Azərbaycan incəsənətinin zəngin xəzinəsinə layiqli töhfələr kimi qəbul olunmasıdır.
Böyük İnsanla son vida
28 mart 2022-ci il tarixində Azərbaycanın Böyük Rəssamı Mirzəağa Qafarovla vida mərasimi olub. Dövrümüzün ən görkəmli adamlarından biri 94 yaşında bu dünyadan köçüb.
Mirzəağa Qafarov Yasamal rayonu ərazisində yerləşən “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.
Mirzəağa Qafarov istedadlı rəssam, müəllim olmaqla yanaşı, həm də gözəl insan idi. Dostlarına, tanışlarına çox isti münasibət bəsləyir, tələbələrinə qayğıkeş münasibət göstərirdi. Həmişə kömək etməyə və dəstəkləməyə, müdrik məsləhətlər verməyə hazır idi. Onun mehriban ürəyinin genişliyi sərhəd tanımırdı.
“İstedadlı insan hər şeydə istedadlıdır” ifadəsi özündə əks etdirir…