
Böyük İnsanla son vida
28 mart 2022-ci il tarixində Azərbaycanın Böyük Rəssamı Mirzəağa Qafarovla vida mərasimi olub. Dövrümüzün ən görkəmli adamlarından biri 94 yaşında bu dünyadan köçüb.
Mirzəağa Qafarov Yasamal rayonu ərazisində yerləşən “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.
Mirzəağa Qafarov istedadlı rəssam, müəllim olmaqla yanaşı, həm də gözəl insan idi. Dostlarına, tanışlarına çox isti münasibət bəsləyir, tələbələrinə qayğıkeş münasibət göstərirdi. Həmişə kömək etməyə və dəstəkləməyə, müdrik məsləhətlər verməyə hazır idi. Onun mehriban ürəyinin genişliyi sərhəd tanımırdı.
“İstedadlı insan hər şeydə istedadlıdır” ifadəsi Mirzəaq Qafarovun bütün həyat və yaradıcılığını əks etdirir. Öz işinin ustası, o, tamamilə ona qərq olmuşdu, özünü ona ürəkdən verdi, müasir incəsənətin şedevrləri yaradıb.